Paris-2024: Giorgi Meşvildişvili yarımfinalda məğlub olub
09 avqust 2024 946
Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
125 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda Geno Petriaşvili (Gürcüstan) ilə görüşüb.
Təmsilçimiz bu görüşdə rəqibinə 0:7 hesabı ilə məğlub olub. Giorgi Meşvildişvili sabah bürünc medal uğrunda mübarizə aparacaq. Bürünc medal uğrunda Türkiyəli güləşçi Taha Akgül ilə görüşəcək.
Qeyd edək ki, Parisə 6 idmançı ilə yollanan sərbəst güləş millimizin təmsilçilərindən Əliabbas Rzazadə (57 kq) və Osman Nurmaqomedov (86 kq) Olimpiada ilə vidalaşıb, Hacı Əliyevlə (65 kq) Maqomedxan Maqomedov (97 kq) sabah xalçaya çıxacaq.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı


