Paris-2024: Güləşçimiz 1/4 finala vəsiqə qazandı
06 avqust 2024 912
Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən güləş yarışları davam edir.
Bu gün yunan-Roma güləşi uzrə yarışlarda mübarizə aparan daha bir idmançımız - Sənan Süleymanov (77 kq) xalça üzərinə çıxıb.
1/8 final mərhələsindən yarışlara start verən idmançımızın ilk rəqibi Bolqarıstanı təmsil edən erməni əsilli güləşçi Aik Mnatsakanyan olub.
Görüşün əvvəllərində zədələnməsinə baxmayaraq, idmançımız sona qədər əzmkarlıq göstərərək rəqibinə qalib gəlməyi bacarıb -0:2.
Beləliklə, idmançımız bu qələbə ilə 1/4 finala vəsiqə qazanıb.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı







