Paris-2024: Güləşçimiz bürünc medal uğrunda mübarizə aparacaq
05 avqust 2024 1260
Yunan-Roma güləşçimiz Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.
130 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız finala gedən yolda kubalı dördqat Olimpiya, beşqat dünya çempionu Mixain Lopeslə qarşılaşıb. Görüş 4:1 hesabıyla rəqib idmançının qələbəsi ilə başa çatıb.
Beləliklə, güləşçimiz sabah bürünc medal uğrunda görüşə çıxacaq.
Qeyd edək ki, Sabah Şəriəti 1/8 finalda estoniyalı Heyki Nabiyə, 1/4 finalda isə qazaxıstanlı Alimxan Sızdıkova qalib gəlib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı



