Paris-2024: Güləşçimizdən uğurlu başlanğıc
07 avqust 2024 1293
Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən güləş yarışlarının üçüncü gününə start verilib.
Klassiklərin mübarizəsində daha bir təmsilçimiz Həsrət Cəfərov xalça üzərinə çıxıb.
İdmançımız olimpiadaya 1/8 finaldan başlayıb. Dünya çempionatlarının gümüş və bürünc mükafatçısı ilk mərhələdə misirli Mohamed Elsayedlə qarşılaşıb.
Görüş idmançımızın tam üstünlüklü qələbəsi ilə (8:0) başa çatıb. Pəhləvanımız bu qələbə sayəsində 1/4 finala vəsiqə qazanıb.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı


