Paris-2024 günün yekunu: 48 idmançımızdan 26-sı medal uğrunda mübarizəni dayandırdı
05 avqust 2024 986
Avqustun 5-də Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən güləş yarışlarına start verilib.
Mübarizəyə ilk olaraq yunan-Roma güləşçiləri başlayıblar.
Güləş yarışlarının ilk günündə iki pəhləvanımız Sabah Şəriəti (130 kq) və Murad Məmmədov (60 kq) xalça üzərinə çıxıblar.
Pəhləvanlarımızdan Sabah Şəriəti 1/8 finalda estoniyalı Heyki Nabiyə, növbəti mərhələdə isə qazaxıstanlı Alimxan Sızdıkova qalib gəlib. Görüşü qələbə ilə başa vuran Sabah yarımfinala yüksəlib. İdmançımız finala gedən yolda kubalı dördqat Olimpiya, beşqat dünya çempionu Mixain Lopeslə qarşılaşıb. Rəqibinə məğlub olan idmançımız sabah bürünc medal uğrunda görüşə çıxacaq.
Komandamızın digər üzvü Murad Məmmədov (60 kq) isə 1/8 finalda venesuelalı Rayber Joze Rodriqes Oroskoya məğlub olub.
Qeyd edək ki, sabah Sənan Süleymanov (77 kq) və Mariya Stadnik (50 kq) mübarizəyə qoşulacaq.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı
.jpeg)


