Paris-2024: Hacı Əliyev 1/4 finalda məğlub oldu
10 avqust 2024 1072
Sərbəst güləş üzrə yığma komandamızın üzvü, üçqat dünya, dördqat Avropa və ikiqat Olimpiya mükafatçımız Hacı Əliyev Paris-2024-də 1/4 final görüşünə çıxıb.
65 kq çəki dərəcəsində mübarizə aparan idmançımızın bu mərhələdəki rəqibi dünya və Avropa çempionu İsmail Musukayev (Macarıstan) olub. Görüş rəqib idmançının 10:3 hesbalı qələbəsi ilə başa çatıb. Macarıstanlı güləşçi finala vəsiqə qazanacağı təqdirdə pəhləvanımız sabah bürünc medal uğrunda təsəlliverici görüşə çıxacaq.
Qeyd edək ki, Hacı əliyev 1/8 finalda meksikalı Ostin Qomesə qalib gəlib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı



