Paris-2024: Hidayət Heydərov finala yüksəlib
29 iyul 2024 1302
Cüdo üzrə yığma komandamızın lideri Hidayət Heydərov (-73 kq) Paris-2024 Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.
Dünya və Avropa çempionumuz həlledici görüşə vəsiqə uğrunda mübarizədə kosovalı Akil Qjakovla qarşılaşıb.
Rəqibinə ipponla qalib gələn cüdoçumuz Paris-2024-ün final mərhələsinə vəsiqə qazanıb.
Cüdoçumuzun həlledici mərhələdəki rəqibi fransalı Benjamin Joan Qaba ilə qarşılaşacaq. Final görüş Bakı vaxtı ilə saat 20:09 başlayacaq.
Xatırladaq ki, cüdoçumuz daha əvvəl Tohar Bitbula (İsrail) və Artur Margelidona (Kanada) qalib gəlib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı





