Paris-2024: İkiqat Olimpiya mükafatçımız 1/4 finalda
10 avqust 2024 1090
Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən güləş yarışları davam edir.
Bu gün sərbəst güləş üzrə komandamızın sonuncu üzvü, Avropa və dünya çempionumuz, ikiqat Olimpiya mükafatçımız Hacı Əliyev xalça üzərinə çıxıb.
65 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/8 finaldan mübarizəyə başlayıb. Güləşçimizin bu mərhələdəki rəqibi Meksika təmsilçisi Ostin Qomes olub. Görüşü 7:0 hesablı qələbə ilə başa vuran idmançımız 1/4 finala vəsiqə qazanıb.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı




