Xəbərlər

“Paris-2024” Paralimpiya Oyunlarının məşəlinin marşrutu açıqlanıb

15 noyabr 2023 346

İngiltərədən yola düşəcək “Paris-2024” Paralimpiya Oyunlarının məşəli La Manş boğazı altından keçən tunel vasitəsilə Fransa ərazisinə daxil olacaq və 50 şəhərdən keçərək Paralimpya Oyunlarının açılış mərasiminə çatdırılacaq.

Paralimpiya məşəli ilk olaraq Fransanın Kale (Calais) şəhərinə gətiriləcək. 2024-cü ilin avqustun 25-dən 28-dək 4 gün ərzində estafetdə 1000 nəfər iştirak edəcək.

Olimpiya Oyunları üçün Yunanıstanın Olimpiya şəhəri başlanğıc olduğu kimi Paralimpiya Oyunları üçün də başlanğıc nöqtə 1948-ci ildə İkinci Dünya müharibəsinin əlilləri üçün ilk yarışın keçirildiyi və paralimpiyanın beşiyi hesab olunan London ətrafındakı Stok Mandevil (Stoke Mandeville) olacaq.

Məşəl avqustun ortalarında Stok Mendevildə alovlandırılacaq və La Manş tuneli estafetin rəmzi başlanğıc nöqtəsi olacaq. İlk gündə Kale şəhərinə gələn məşəl 12 məşəli alovlandıraraq, Fransanın trasnsərhəd departament və şəhərlərindən keçəcək. Paris istiqamətində estafet davam edərək, avqustun 28-də məşəl Konkord (Concorde) meydanında keçiriləcək açılış mərasiminə gətiriləcək. Estafetin şərtləri və estafet kapitanları Olimpiya Oyunları ilə eynidir. Hər 200 metrdən bir məşəl daşıyıcısı dəyişəcək.