Paris-2024: Pəhləvanımız yarımfinala vəsiqə qazandı
10 avqust 2024 988
Paris-2024 Yay Olimpiya Oyunlarının sərbəst güləş yarışlarında mübarizə aparan idmançımız Maqomedxan Maqomedov 1/4 final görüşünə çıxıb.
97 kq çəki dərəcəsində mübarizə aparan idmançımız bu mərhələdə polşalı Mateuş Baranovski ilə qarşılaşıb. Görüşü 7:2 hesablı qələbə ilə başa vuran idmançımız yarımfinala vəsiqə əldə edib.
Qeyd edək ki, M.Maqomedxanov 1/8 finalda Dominikan Respublikasından olan Luis Migel Peresə qalib gəlib.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı


