Paris-2024: Sabahın bürünc görüşündə rəqibi dəqiqləşib
06 avqust 2024 685
Paris-2024 Yay Olimpiya Oyunlarının güləş yarışları davam edir.
Azərbaycan idmançısı Sabah Şəriəti də mükafat uğrunda mübarizə aparacaq. Olimpiadanın təsəlliverici görüşləri Bakı vaxtı ilə 13:00-da, medal qarşılaşmaları 21:30-da başlayacaq.
Rio-2016-nın bürünc mükafatçısı Sabah Şəriəti 8 ildən sonra uğurunu təkrarlamaq üçün xalçaya çıxacaq. 3-cü yer uğrunda qarşılaşmada qüvvəsini sınayacaq “klassik”imizin rəqibi Amin Mirzəzadə (İran) olacaq.
Qeyd edək ki, yunan-Roma güləşi üzrə yığmamız Paris-2024-ə beş idmançı ilə yollanıb.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı