Paris-2024: Sərbəst güləşçimiz yarımfinalda
09 avqust 2024 1042
Sərbəst güləşçimiz Giorgi Meşvildişvili Paris-2024 Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.
125 kq çəki dərəcəsində mübarizə aparan pəhləvanımız monqolustanlı Lxaqvaqerel Munxturla qarşılaşıb. Görüş idmançımızın 12:2 hesablı qələbəsi ilə başa çatıb. Bununla da təmsilçimiz yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, idmançımız 1/8 finalda misirli Diaeldin Abdelmottalebə qalib gəlib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı