Paris-2024: Taekvondoçumuz 1/4 finala vəsiqə qazandı
07 avqust 2024 1270
Bu gün Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən taekvondo yarışlarına start verilib.
Azərbaycan millisinin yeganə təmsilçisi Qaşım Maqomedov da olimpiadada mübarizəyə başlayıb.
58 kq çəki dərəcəsində dayanaq üzərinə çıxan Avropa çempionatlarının qızıl və bürünc mükafatçısı 1/8 finalda irlandiyalı Cek Uolleylə qarşılaşıb. Taekvondoçumuz ilk hissədə 7:4, ikinci yarıda isə 12:7 hesablı qələbə qazanıb. İdmançımız bu qələbə ilə 1/4 finala vəsiqə əldə edib.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı

.jpeg)


