Paris-2024: Triatlonçuların üzgüçülük məşqləri Senadakı çirkli su səbəbindən ləğv edilib
28 iyul 2024 1004
Bu günə planlaşdırılan triatlonçuların üzgüçülük məşqləri Sena çayında suyun keyfiyyətinin aşağı olmasına görə ləğv edilib.
Bu barədə Olimpiadanın təşkilat komitəsinin mətbuat xidməti məlumat yayıb.
“Olimpiya Təşkilat Komitəsi, Beynəlxalq Triatlon Federasiyası və yerli hakimiyyət orqanları Sena çayında suyun keyfiyyətinin kifayət qədər zəmanət vermədiyi üçün triatlon tədbirinin bir hissəsini ləğv etmək barədə birgə qərar qəbul ediblər”, - deyə məlumatda bildirilib.
Təşkilatçılar iyulun 30 və 31-nə nəzərdə tutulan yarışların vaxtında baş tutacağına əmindirlər.
Qeys edək ki, Sena çayının “E.coli” və “enterokokk” bakteriyaları ilə yüksək dərəcədə çirklənməsi Parisdə keçiriləcək Olimpiya Oyunlarının iştirakçıları üçün təhlükə yaradır.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı