Paris-2024: Triatlonla bağlı yekun qərar
31 iyul 2024 1054
Paris-2024 Yay Olimpiya Oyunlarının triatlon yarışlarının taleyinə aydınlıq gəlib.
Bunu Dünya Triatlonu açıqlayıb.
Həm kişi, həm qadın idmançılar arasında mübarizə bu gün baş tutacaq. Öncədən yarışın yenidən təxirə salınmasına qərar verilsə də, sonradan triatlonçuların start xəttinə çıxması məqsədəuyğun sayılıb. Bakı vaxtı ilə saat 10:00-da qadınlar, 12:45-də kişilər yarışa başlayacaq.
Azərbaycan təmsilçisi Rostislav Pevtsov da start xəttinə çıxacaq.
Qeyd edək ki, triatlon yarışı Sena çayındakı suyun keyfiyyətinin normadan aşağı düşməsinə görə təxirə salınmışdı.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı