Paris-2024-ün Təşkilat Komitəsi qalmaqallı görüş barəsində açıqlama verib
25 iyul 2024 919
Paris-2024 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi futbol üzrə Argentina və Mərakeş milliləri arasında qalmaqallı oyun barəsində (1:2) açıqlama verib.
“Argentina və Mərakeş milliləri arasında oyun tamaşaçının meydana daxil olması səbəbindən dayandırıldı. Matç sonra davam etdi. Təşkilat Komitəsi bu halın bir daha baş verməməsi üçün bütün səylərini davm etdirəcək”, - deyə CBS Sports telekanalı Təşkilat Komitəsinin nümayəndəsindən sitat gətirib.
Xatırladaq ki, Argentina millisinin yarımmüdafiəçisi Kristian Medina matçın 90+16-cı dəqiqəsində hesab bərabərləşib - 2:2. Həmin məqamda Cənubi Amerika yığmasının futbolçularının üzərinə fişənglər atılıb. Bundan əlavə, Mərakeş millisinin azarkeşləri meydana daxil olublar. İğtişaşlar səbəbindən oyun dayandırılıb. Matç iki saat sonra yenidən azarkeşsiz başladıldıqdan sonra vurulan qol videotəkrar vasitəsilə yoxlanılıb və qol sayılmayıb.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı

