Paris-2024: Uşanqi Kokauri olimpiadaya qələbə ilə başlayıb
02 avqust 2024 1317
Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
100 kq-dan yuxarı çəki dərəcəsində yer alan idmançı 1/16 final mərhələsində Rafael Silva (Braziliya) ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Kokauri 1/8 finala vəsiqə qazanıb. O, növbəti raundda Martti Puumalainen (Finlandiya) ilə görüşəcək.
Qeyd edək ki, daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Paris-2024 avqustun 11-də başa çatacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı



