Xəbərlər

Paris-2024 Yay Olimpiya Oyunlarına 180 gün qalıb

26 yanvar 2024 245

Fransanın paytaxtı Paris şəhərində 2024-cü ildə keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarına 180 gün qalıb.


Paris şəhəri 1900-cü və 1924-cü illərdə də Yay Olimpiya Oyunlarına ev sahibliyi edib. Paris-2024-ü keçirməklə bu şəhər üçüncü dəfə olimpiadaya ev sahibliyi edərək adını tarixə yazdıracaq.


Paris-2024 Yay Olimpiya Oyunları 26 iyul - 11 avqustda keçiriləcək.