Paris-2024 Yay Olimpiya Oyunlarında üçüncü yeri tutan Həsrət Cəfərov mükafatlandırılıb
08 avqust 2024 - 13:27 3506
XXXIII Yay Olimpiya Oyunları çərçivəsində yunan-Roma yarışlarında medal qazanan idmançıların mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə 67 kq çəki dərəcəsində Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərova Paris-2024 Yay Olimpiya Oyunlarının bürünc medalı təqdim olunub.
Qeyd edək ki, mübarizəyə 1/8 finaldan başlayan güləşçimiz misirli Mohamed Elsaye və Valentin Petikə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda Ukraynanı təmsil edən həmyerlimiz Pərviz Nəsibov məğlub olaraq bürünc medal uğrunda mübarizəyə qoşulub. Mübarizədə qırğızıstanlı Amantur İsmayılova tam üstünlüklə (8:0) qalib gələrək Olimpiya Oyunlarının bürünc medalını qazanıb.
Onun çıxış etdiyi çəkidə qızıl medalı iranlı Səid Esmaili Leivesi qazanıb. Ukrayna yığmasında çıxış edən azərbaycanlı Pərviz Nəsibov gümüş, kubalı Luis Alberto Orta Sançes isə bürünc medala layiq görülüb.
Qeyd edək ki, Azərbaycan yunan-Roma güləşçləri olimpiadanı 1 bürünclə başa vurublar.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı



