“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib
09 may 2024 1101
“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Fransanın Marsel şəhərinə gətirilib.
Bu barədə Yelisey Sarayının “X” səhifəsində görüntülər yayımlanıb.
Bununla əlaqədar təşkil edilmiş mərasimdən əvvəl yaxtaların və qayıqların təntənəli paradı baş tutub. Məşəl üç dirəkdən ibarət yelkənli qədim “Le Belem” gəmisinin göyərtəsində Marsel limanına gətirilib.
Hərbi təyyarələr şəhərin səmasını Fransa bayrağının rəngləri ilə boyayıb.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı

