"Paris-2024": Yunan-Roma güləşi üzrə yarışların təqvimi açıqlanıb
10 iyul 2024 2750
"Paris-2024" Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə yarışların təqvimi açıqlanıb.
Klassik güləşdə mübarizəyə avqustun 5-də start veriləcək.
İlk gündə 60 və 130 kiloqram çəki dərəcələrində görüşlər keçiriləcək. Avqustun 6-da 77 və 97 kiloqram, 7-də isə 67 və 87 kiloqramda yer alan güləşçilər xalça üzərinə çıxacaqlar. Medal görüşləri avqustun 6, 7 və 8-də olacaq.
Azərbaycanı Paris Olimpiadasında yunan-Roma güləşi üzrə yarışlarda Murad Məmmədov (60 kiloqram), Həsrət Cəfərov (67 kiloqram), Sənan Süleymanov (77 kiloqram), Rafiq Hüseynov (87 kiloqram) və Sabah Şəriəti (130 kiloqram) təmsil edəcəklər.
Qeyd edək ki, "Paris-2024" Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı