Paris Olimpiadasının finalçıları Milli Gimnastika Arenasında ustad dərsi keçiblər
06 dekabr 2024 797
“Paris-2024” Yay Olimpiya Oyunlarının finalçıları, Avropa birincisi və dünya üçüncüsü olan Azərbaycanın qrup hərəkətləri komandasının üzvləri Milli Gimnastika Arenasında ustad dərsi keçiblər.
Dərs müddətində kiçikyaşlı gimnastlara hərəkətlərin ardıcıl icrası, dözümlülük və balansın düzgün tətbiqi, alətlərin idarəolunması və özünəinamlı çıxışın sirləri haqda nəzəri və praktiki biliklər öyrədilib.
Sonda komanda üzvləri iştirakçılara öz avtoqraflarını təqdim ediblər.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı