Paris Paralimpiadasının bağlanış mərasimi keçirilib
08 sentyabr 2024 868
Fransanın paytaxtı Paris şəhərində Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.
“Stad de Frans” stadionunda təşkil edilən tədbirdə səhnəyə əvvəlcə iştirakçı ölkələrin nümayəndə heyətləri daxil olublar.
Ölkələrin rəsmi paradında Azərbaycan Bayrağını Olimpiadanın qızıl mükafatçıları olan paraatletlər Lamiyə Vəliyeva və Səid Nəcəfzadə dalğalandırıblar.
Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunlarında 7 idman növü üzrə 18 idmançı ilə təmsil olunan Azərbaycan 4 qızıl, 2 gümüş və 5 bürünc olmaqla ümumilikdə 11 medal qazanıb. Ölkəmiz medal sıralamasında 169 ölkə arasında 28-ci yeri tutub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı