“Park Bulvar”da Beynəlxalq “Olimpiya Günü” və “Parisə gedən yol” əyləncəli festival keçiriləcək
05 iyun 2024 1359
Bu gün saat 16:00-da “Park Bulvar”da müasir Olimpiya Hərəkatının yaranmasının, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təsis olunmasının 130-cu ildönümünə həsr olunmuş “Olimpiya Günü” və “Parisə gedən yol” əyləncəli festival keçiriləcək.
Milli Olimpiya Komitəsinin Atletlər Komissiyası ilə birlikdə təşkil ediləcək tədbirdə komissiyanın üzvləri ilə tanışlıqdan sonra çıxışlar olacaq.
Daha sonra Fransanın paytaxtı Parisdə təşkil olunacaq XXXIII Yay Olimpiya Oyunları ilə bağlı videoçarx təqdim ediləcək.
Festivalın proqramına uyğun olaraq müxtəlif idman növləri üzrə nümayişlərdən sonra əyləncəli yarışlara start veriləcək. Festivalda iştirak edəcək uşaqlar iplə tullanma, pazl yığılması, kəndirlə mübarizə, maraqlı və əyləncəli viktorinada iştirak edəcəklər.
Yarışın qalibləri kubok, diplom, medal və hədiyyələrlə mükafatlandırılacaqlar.
Tədbirin əsas məqsədi Olimpiya Hərəkatına dəstək, gənc nəsil arasında olimpizmin təbliği, olimpiyaçıları tanıtmaq və Olimpiya dəyərlərini təşviq etməkdən ibarətdir.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı