“Parlayan günəşlər” idman oyunları daun sindromlu şəxsləri bir araya gətirdi
25 aprel 2025 719
Bakı Atletika Mərkəzində daun sindromlu şəxslər arasında “Parlayan günəşlər” adlı beynəlxalq idman oyunları keçirilib.
Yarış Daunlu İdmançılara Dəstək İctimai Birliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunub. Oyunlarda Azərbaycanla yanaşı, Türkiyə, Özbəkistan və Qırğızıstandan olan idmançılar iştirak ediblər.
Tədbirin açılış mərasimində Gənclər və idman naziri Fərid Qayıbov, ictimaiyyət nümayəndələri və bir sıra xarici qonaqlar iştirak ediblər.
Turnirin əsas məqsədi daun sindromlu şəxslərə cəmiyyətin diqqətini cəlb etmək, onların cəmiyyətə inteqrasiyasını təşviq etmək və bu kateqoriyadan olan idmançıların beynəlxalq yarışlara hazırlıq səviyyəsini yüksəltməkdir.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı