Paytaxtımız gimnastika üzrə daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək
22 may 2024 916
Bakıda “Gimnastika hamı üçün” adlı ikinci beynəlxalq “Challenge” turniri keçiriləcək.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, yarışda yaşından və fiziki hazırlıq səviyyəsindən asılı olmayaraq Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də xarici ölkələrdən, ümumilikdə 60-a yaxın komanda iştirak edəcək.
İştirakçılar iki yaş kateqoriyası - 50 yaşdan aşağı və 50 yaşdan yux proqramları üzrə bacarıqlarını göstərəcəklər. Festival ustad dərsləri, komandaların rəngarəng yürüşləri, hər yaş qrupunun zövqünə xitab edəcək əyləncə proqramları ilə yadda qalacaq. Uşaqların Beynəlxalq Müdafiəsi Günündə - 1 iyunda start götürəcək və növbəti gün Qala şou ilə davam edəcək tədbirdə gimnastikanın sadəcə idman növü deyil, həm də sağlam həyat tərzi nümunəsi və əyləncə forması olduğu nümayiş ediləcək.
Beynəlxalq “Challenge” turniri Dənizkənarı Milli Parkda təşkil olunacaq.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı