Pəhləvanımız İslamiadanın finalına vəsiqə qazandı
18 noyabr 2025 - 14:31 413
Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən yunan-Roma güləşi yarışlarına start verilib.
Olympic.az xəbər verir ki, ilk yarış günündə 4 idmançımız xalça üzərinə çıxıb. Təmsilçilərimizdən Həsrət Cəfərov (67 kq) uğurla çıxış edərək finala vəsiqə qazanıb. Olimpiya mükafatçımız yarımfinalda misirli Mohamed Abdelrehimə 4:1 hesabı ilə qalib gələrək yarıminala vəsiqə qazanıb.
Bu gün mübarizəyə başlayan digər təmsilçilərimizdən Nihat Məmmədli (60 kq) 1/4 finalda özbəkistanlı Alişer Qaniyevə 3:0 hesabı ilə məğlub olub. Digər pəhləvanımız Ülvü Qənizadə 1/8 finalda iranlı Amir Abdiyə uduzub - 0:9. Rəqibi finala vəsiqə qazandığı üçün Ü.Qənizadə təsəlliverici görüşdə iştirak edəcək.
87 kq çəki dərəcəsində mübarizə aparan İslam Abbasov isə 1/4 finalda iranlı Qulamreza Faroxisencaniyə 3:0 hesabı ilə məğlub olub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı