Pəhləvanlarımız dünya çempionatında iştirak edəcəklər
16 avqust 2024 1050
Azərbaycanın 17 yaşadək güləşçilərdən ibarət millisi İordaniyanın paytaxtı Ammanda keçiriləcək dünya çempionatında iştirak edəcək.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən verilən məlumata görə, çempionatın ilk günlərində yunan-Roma güləşi üzrə yarışa start veriləcək.
Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında Şahid Nəbiyev (45 kq), Əmrah Əmrahov (48 kq), Turan Daşdəmirov (51 kq), Əli Nəzərov (55 kq), Ayxan Cavadov (60 kq), Emil Abdullayev (65 kq), Yusif Əhmədli (71 kq), Orxan Hacıyev (80 kq), Səid Paşayev (92 kq) və Abdullah Həsənov (110 kq) uğur qazanmağa çalışacaq.
Daha sonra böyük məşqçi Rövşən Umudov və məşqçi Həsrət Məmmədyarovun yetirmələri mübarizəyə qoşulacaq. Qızlardan ibarət komandada Nəzrin Əhmədli (40 kq), Esra Məmmədli (49 kq), Fatimə Bayramova (53 kq), Fidan Babayeva (57 kq), Günay Qurbanova (61 kq) və Zəhra Kərimzadə (69 kq) yer alıb.
Çempionatın son günlərində sərbəst güləşçilər xalçaya çıxacaqlar. Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında Rəvan Həsənzadə (45 kq), Hacıhüseyn Əhmədzadə (48 kq), Muhəmməd İsmayılov (51 kq), Hüseyn Hüseynov (55 kq), Hüseyn İsmayılov (60 kq), İsa Yusibov (65 kq), Nihad Abasov (71 kq), Məhəmməd Abbaszadə (80 kq), Fərhad Süleymanlı (92 kq) və Muxamad Qantemirov (110 kq) ölkəmizi təmsil edəcək.
Yarışda I dərəcəli hakimlərimizdən Tural Əliyev və Həbib Nurulu ədaləti qoruyacaq.
Qeyd edək ki, dünya çempionatı avqustun 19-dan 25-dək keçiriləcək. Cari ilin ilk mundialında 576 yeniyetmənin iştirakı gözlənilir. Görüşlər hər gün Bakı vaxtı ilə 09:30-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə 17:00-da start götürəcək.
Bənzər xəbərlər
Elmin Əliyev Avropa çempionu oldu
Serbiyanın Zrenyanin şəhərində keçirilən U23 Avropa çempionatı sona çatıb.
Yarışın sonuncu ... Ətraflı
İrina Zaretska Karate 1 Premyer Liqada üçüncü olub
Azərbaycan karateçisi İrina Zaretska İtaliyada keçirilən Karate1 Premyer Liqada üçüncü ... Ətraflı