Xəbərlər

Pəhləvanlarımızın ilk sınağı Xorvatiyada olacaq

08 yanvar 2024 173

Güləşçilərimiz ilin ilk yarışına Xorvatiyada start verəcəklər. Yanvarın 10-dan 15-dək keçiriləcək “Zaqreb Open” turnirində ölkəmiz güləşin hər üç növündə təmsil olunacaq. 2024-cü ilin ilk beynəlxalq yarışında milli komandaların ümumilikdə 28 üzvü qüvvəsini sınayacaq.

 

Azərbaycanı sərbəst güləş yarışlarında 6 çəki dərəcəsində 9 idmançı təmsil edəcək. Klassiklərin yarışında isə komandamız 8 çəki dərəcəsində 12 idmançı ilə mübarizə aparacaq.

 

Xorvatiya sınağında həmçinin qadın güləşi üzrə millimiz də yarışacaq. Yığmamızın heyətində 5 qadın idmançısı mükafatlar uğrunda xalça üzərinə çıxacaq.