Pəhləvanların ölkə çempionatına yekun vuruldu
13 fevral 2026 - 15:55 325
Yunan-Roma və sərbəst güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub.
Bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Gəncə İdman Sarayında təşkil olunan yarışın sonuncu - beşinci günündə sərbəst güləşdə 48 kq, 55 kq, 65 kq, 80 kq və 110 kq-da medalçılar müəyyənləşib.
Sonuncu gündə Hüseyn Rzazadə (48 kq, Cəlilabad, Mywrestling), Abbas Şəfiyev (55 kq, Lənkəran), Rəşid Nazarov (65 kq, ROİL,"Neftçi"), Nihad Süleymanlı (80 kq,"Neftçi",Təhsil) və Hakim Tağıyev (110 kq, ROİL, "Neftçi") qızıl medallar layiq görülüb.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı