Peşəkar Futbol Liqası və "YAŞAT" fondu şəhid övladları üçün layihə həyata keçirib
16 dekabr 2024 850
Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu şəhid övladları üçün növbəti layihəni həyata keçirib.
Tərəflər arasında imzalanmış memorandum çərçivəsində reallaşdırılan tədbirə əsasən 25 şəhid övladının “Dreamland” kompleksinə səfəri təşkil edilib.
Şəhid övladlarına diqqət və qayğının daha da artırılması, onlar arasında sağlam həyat tərzinin təbliği yönündə baş tutan səfər maraqlı anlarla yadda qalıb. Batut idman növü ilə məşğul olan şəhid övladları fiziki cəhətdən aktiv gün keçirib, müxtəlif əyləncəli və interaktiv oyunlarda iştirak ediblər. Ardınca xüsusi hazırlanmış qidalar qəbul edən uşaqlar xoş anlar yaşayıblar.
Sonda şəhid övladlarına xüsusi hədiyyələr təqdim edilib.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı