"Prezident Kuboku-2025": avarçəkənlərimiz daha iki medal qazandılar
01 may 2025 804
Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilən "Prezident Kuboku - 2025" beynəlxalq reqatası davam edir.
Olympic.az xəbər verir ki, yarışların ikinci günündə Azərbaycan komandası növbəti medallarını qazanıb.
Belə ki, 2011-2012-ci ilər təvəllüdlü idmançıların 500 metrlik məsafəyə ikinəfərlik kayak qayığında (K-2) Mustafa Vəlizadə - Elmir Tarverdiyev cütlüyü gümüş, Sənan Cəfərzadə - Tahir Mövsümov cütlüyü isə bürünc medala sahib çıxıb.
Qeyd edək ki, komandamızın aktivində hazırda 2 gümüş, 5 bürünc medal var.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı