Qadın boksçular arasında Azərbaycan çempionatı başa çatıb
27 yanvar 2026 - 16:25 402
Qadın boksçular arasında Azərbaycan çempionatında bu gün final döyüşləri keçirilib.
Bakı Boks Mərkəzində təşkil edilən yarışda 55 kiloqram çəkidə Lalə Mədətova qalib adına layiq görülüb. O, finalda Mehparə Məmmədovadan güclü olub – 5:0.
Cəmilə Sultanlı da Azərbaycan çempionu tituluna yiyələnib. O, həlledici görüşdə Günel Rəhimovanı 5:0 hesabı ilə məğlub edib.
Emili Rzayevanın finalda rəqibi Səlbi Bayramova olub. Hər 3 raundu xeyrinə bitirən Bakı təmsilçinin idmançısı yekunda 5:0 hesabı ilə qələbə qazanaraq, 60 kiloqram çəki dərəcəsində birinci olub.
Fatimə Mehdiyeva isə final görüşünün taleyinə ilk raundda aydınlıq gətirib. İlk raundda Leyli Bayramovaya tam üstünlüklə qalib gələn Gəncə boksçusu 65 kiloqram çəkidə ölkənin ən güclüsü adına sahib çıxıb.
Qeyd edək ki, yarışda Güləndam Aslanova (60 kiloqram) və Özləm Həsənova (65 kiloqram) çempionatı bürünc medalla başa vurub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı