Qadın boksçulardan ibarət Azərbaycan millisi yeni baş məşqçiyə həvalə edilib
17 fevral 2025 963
Qadın boksçulardan ibarət Azərbaycan milli komandasında yeni baş məşqçi təyinatı rəsmiləşib. Yığma İlkin Ağayevə həvalə edilib.
Onun qarşısına qadın boksunun inkişafı, beynəlxalq arenada uğurlu çıxış məqsədi qoyulub.
36 yaşlı İlkin Ağayev boksçu karyerasında yeniyetmələr arasında dünya birinciliyinin qızıl və gümüş medalçısı olub, Avropa birinciliyində finala kimi yüksəlib. Dəfələrlə Azərbaycan çempionu və beynəlxalq turnirlərin qalibi adını qazanan gənc mütəxəssis 2017-ci ildən məşqçi kimi fəaliyyət göstərir. O, son 3 ildə isə məhz qadınlardan ibarət Azərbaycan yığmasında çalışıb.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı