Qadın güləşçilərimiz lisenziya turnirində mübarizəyə başlayırlar
10 may 2024 1253
Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə Dünya Olimpiya Təsnifat turniri davam edir. Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışın ikinci günündə qadın güləşçilərimiz mübarizəyə başlayacaqlar.
Bu gün komandamızın 5 üzvü xalça üzərinə çıxacaq. Təmsilçilərimizdən Mariya Stadnik (50 kq) 1/8 finalda Menq Hsieh (Çin Taypeyi) / Aintzane Qoni (İspaniya) cütünün qalibi ilə qarşılaşacaq. Təsnifat mərhələsindən yarışa başlayacaq Gültəkin Şirinova (53 kq) Laura Avila (Kuba), Alyona Kolesnik (57 kq) isə Ramona Qalambosla (Macarıstan) ilə mübarizə aparacaq.
Təsnifat mərhələsindən mübarizə aparacaq Ruzanna Məmmədovanın (62 kq) ilk rəqibi latviyalı Anastasiya Qriqoryeva olacaq. 68 kq çəki dərəcəsində qüvvəsini sınayacaq Elis Manolova isə təsnifat mərhələsində kolumbiyalı Nikol Parrado ilə üz-üzə gələcək.
Qeyd edək ki, hər çəkidə ilk 3 yeri tutan güləşçilər Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcəklər.
Xatırladaq ki, ilk yarış günündə yunan-Roma güləşçilərimizdən Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) Paris-2024-də lisenziya qazanıb.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı