Qadın güləşçimiz İslamiadanın finalında
20 noyabr 2025 - 14:40 407
Azərbaycanın millisinin daha bir güləşçisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının final mərhələsinə vəsiqə qazanıb.
Olympic.az xəbər verir ki, bu gün 62 kq çəki dərəcəsində xalça üzərinə çıxan qadın güləşçimiz Ruzanna Məmmədova yarımfinalda özbəkistanlı Nigina Sabirovaya 6:0 hesabı ilə qalib gələrək adını finala yazdırıb.
Qeyd edək ki, daha əvvəl İslam Bazarqanov (57 kq) da finala yüksəlmişdi.
Final görüşlərinə Bakı vaxtı ilə saat 18:30-da start veriləcək.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı