Xəbərlər

Qadın sablyaçılarımız “Krakov-2023”ə uğurla start veriblər

27 iyun 2023 240

Polşada keçirilən III Avropa Oyunlarında qılıncoynatmanın sablya növü üzrə qadınların şəxsi yarışına start verilib.

Təmsilçilərimizdən Anna Başta (5 qələbə), Səbinə Kərimova ( 5 qələbə) və Valeriya Bolşakova (3 qələbə) pley-off mərhələsinə yüksəliblər.

Qrup mərhələsində bir qələbəsi olan Polina Kaspiaroviç isə mübarizəni dayandırmalı olub.