Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında təxirə salınan matçların vaxtları və keçirilmə yeri dəqiqləşib.
24 yanvar 2022 183

Yanvarın 14-də hava şəraiti ilə bağlı keçirilməyən I dövrənin II turunun oyunları yanvarın 25-də baş tutacaq.
Günün ilk qarşılaşmasında saat 16:00-da “Azərreyl”lə “Abşeron” üz-üzə gələcək. Liderlərin duelindən 2 saat sonra UNEC – “Murov” oyununa start veriləcək. Hər iki qarşılaşma Azərbaycan Voleybol Federasiyasının İdman zalında təşkil olunacaq.
Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.
Bənzər xəbərlər

"İstedadlı uşaqların müəyyən edilməsi layihəsi"-nin Final mərhələsi bu gün baş tutdu
Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Proqramının dəstəyi, Milli Olimpiya Komitəsi ... Ətraflı

Ədalətli oyunlar sahəsində fərqlənən şəxslərə mükafatlar təqdim edilib
Mayın 17-də Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyası ... Ətraflı