Qadın voleybolçular arasında ölkə birinciliyində final mərhələsinin növbəti oyunları baş tutub
14 aprel 2023 1236
Bu gün Voleybol Mərkəzində əvvəlcə “Abşeron” və “Azərreyl” üz-üzə gəliblər. Çempionluq üçün yarışan bu komandaların birinci matçında qələbə qazanan “Azərreyl” bu oyuna da yaxşı başlayıb və ilk seti 25:19 hesabı ilə öz xeyrinə yekunlaşdırıb. Üstünlüyünü sonadək davam etdirən Eldar Yusubovun komandası növbəti hissələrdə 25:20 və 25:22 hesabları ilə qalib gələrək qızıl medala bir qədər də yaxınlaşıb.
Növbəti oyun bürünc medal uğrunda mübarizə aparan UNEC və “Murov” arasında olub. Görüş cütün ilk matçında qələbə qazanmış “Murov”un üstünlüyü ilə keçib. 3 set davam edən matçda Vüqar Əliyevin yetirmələri rəqibi quru hesabla 3:0 (25:11, 25:14, 25:9) məğlub ediblər. Beləliklə, “Murov” üçüncülük yolunda ümumi hesabı 2:0 edib.
Yüksək Liqa (qadınlar)
14 aprel
Final
“Abşeron” - “Azərreyl” 0:3 (19:25, 20:25, 22:25)
Bürünc medal uğrunda
UNEC - “Murov” 0: 3 (11:25, 14:25, 9:25)
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı