Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Qızıl Liqasının hazırlıqlarına başlayıb
06 may 2025 694
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Qızıl Liqasına hazırlıqlarına start verilib.
Voleybol Federasiyasından verilən məlumata görə, bu məqsədlə baş məşqçi Faiq Qarayevin rəhbərliyi ilə voleybolçularla iclas keçirilib.
Görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində hazırda ölkədə olan milli üzvləri, gənc voleybolçular, məşqçilər korpusu, federasiya nümayəndələrinin iştirakı ilə təşkil edilib.
Milli komandanın baş məşqçisi Faiq Qarayev yarışa hazırlıq prosesi haqqında ətraflı məlumat verib. O, komandanın bir neçə gün Bakıda məşq edəcəyini, sonra isə təlim-məşq toplanışına yollanacağını deyib.
Daha sonra yığmanın oyunçuları Katerina Jidkova və Aynur İmanova yarışda yüksək səviyyədə çıxış etmək üçün əllərindən gələni edəcəklərini bildiriblər və hər kəsə uğurlar arzulayıblar.
Qeyd edək ki, Azərbaycan millisinin yekun heyətilə bağlı yaxın günlərdə məlumat veriləcək.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı
