Qar voleybolu üzrə ölkə kuboku başa çatıb
25 yanvar 2026 - 18:40 378
Qar voleybolu üzrə ölkə kuboku başa çatıb.
“Şahdağ” Turizm Mərkəzində təşkil olunan yarışın son günündə qadınların üç qarşılaşması baş tutub.
Dairəvi sistem üzrə keçirilən yarışda mükafatçılar turnir cədvəlinə görə müəyyənləşib. Bütün matçlarda qalib gələn “Gəncə” (4 qələbə, 12 xal) birinci, “Milli” (3 qələbə, 8 xal) ikinci, “Azərreyl” isə (2 qələbə, 6 xal) üçüncü yeri tutub.
Kişilərin yarışında bürünc medal uğrunda “Gənclər” və “Baku Fires” komandaları üz-üzə gəliblər. “Baku Fires” 2:0 hesabı ilə qalib gələrək turnirin üçüncüsü olub. Finalda isə “Azərreyl” komandası “Qaraqaya” ilə qarşılaşıb. “Dəmiryolçular” 2:0 hesabı ilə oyunun qalibi olub. Beləliklə, “Azərreyl” ölkə kubokunun sahibi olub, “Qaraqaya” komandası isə yarışın gümüş medalını qazanıb.
Oyunlardan sonra mükafatlandırma mərasimi keçirilib. Qalib və mükafatçılara diplom, kubok, medallar təqdim olunub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı