"Qarabağ"dan Çempionlar Liqasında tarixi zəfər
17 sentyabr 2025 - 00:55 39

"Qarabağ" klubu futbol üzrə UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk oyununu keçirib.
Qurban Qurbanovun komandası ilk oyunda səfərdə Portuqaliyanın köklü klublarından olan "Benfika" ilə qarşılaşıb.
"Eştadiu da Luş" stadionunda keçirilən oyun komandamızın əzmkar qələbəsi ilə başa çatıb -2:3. Oyuna meydan sahibləri fəal başlayıblar.
Bunun məntiqi nəticəsi olaraq "Benfika" klubu 6-cı dəqiqədə Entso Barrenеçеаnın qolu ilə hesabı açıb. 10 dəqiqə sonra meydan sahibləri Vanqelis Pavlidisin qolu ilə hesab arasındakı fərqi iki topa çatdırıb. Lakin Qurban Qurbanovun komandası təslim olmayıb. Komandamız 30-cu dəqiqədə Leandro Andradenin qolu ilə fərqi minimuma endirib. İkinci hissənin əvvəlində isə komandamız hesabı bərabərləşdirib. Kamilo Duran 48-ci dəqiqədə fərqlənib. Matçın 86-cı dəqiqəsində isə Aleksey Kaşuk "Qarabağ"a Çempionlar Liqasının Liqa mərhələsində tarixi qələbə qazandıran qolun müəllifi olub.
Beləliklə, Portuqaliya səfərində qələbə qazanan "Qarabağ" klubu Liqa mərhələsində aktivinə üç xal yazdırıb.
Bənzər xəbərlər
Çingiz Hüseynzadə: "”Olimpiya Günü” tədbiri Azərbaycanın Olimpiya Hərəkatına sadiqliyini göstərir”
"Bu gün ölkəmizdə ənənəvi olaraq “Olimpiya Günü” tədbiri təşkil olunur. ... Ətraflı

Prezident İlham Əliyev “Qarabağ” klubunu Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının ... Ətraflı