Qaşım Maqomedov: Bakıya Olimpiya çempionu kimi qayıtmaq istəyirəm
07 avqust 2024 1235
Bakıya Olimpiya çempionu kimi qayıtmaq istəyirəm.
Bunu Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında finala yüksələn Azərbaycan taekvondoçusu Qaşım Maqomedov deyib.
24 yaşlı idmançı bu günün onun üçün çətin keçdiyini bildirib:
"Mənim üçün çətin gün idi. Finala yüsəldiyimə hələ də inana bilmirəm. Amma artıq bu həqiqətdir. Qarşıda məni çətin final görüşü gözləyir. İnşallah, həmin görüşdən də qələbə ilə ayrılacağam. Bakıya olimpiya çempionu kimi qayıtmaq istəyirəm. Hər şeyə görə Allahıma şükürlər olsun".
Qeyd edək ki, 58 kq çəki dərəcəsində mübarizə aparan Qaşım Maqomedov yarımfinalda italiyalı Olimpiya çempionu Vito Dellakvilaya qalib gələrək həlledici mərhələyə vəsiqə qazanıb. O, finalda Cənubi Koreya taekvondoçusu Park Taejoonla üz-üzə gələcək.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı


