Qaxda yeni cüdo zalının açılışı olub
16 may 2025 754
Qax şəhər stadionunun ərazisində cüdo zalı fəaliyyətə başlayıb.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu və digər rəsmi şəxslər iştirak ediblər.
Cüdo zalı ACF tərəfindən müasir standartlara cavab verən tatamilərlə və digər zəruri avadanlıqlarla təchiz edilib. Zalın fiziki hazırlıq zonasında isə cüdoçuların fiziki inkişafının təmin edilməsi üçün lazımi idman avadanlıqları yer alıb. Tataminin ümumi ölçüsü 200 kvadrat metr sahəni əhatə edir. Zalda 150-dən çox idmançı cüdo ilə məşğul olacaq.
Federasiyanın əsas fəaliyyət istiqamətlərindən biri regionlarda cüdonun inkişafı və infrastrukturun yaxşılaşdırılmasıdır. 2022-2025-ci illərdə ACF Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Zəngilan rayonunun Ağalı kəndi, Bakının Zirə qəsəbəsi, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad və Tərtərdə cüdo zalları açılıb. Növbəti cüdo zalları isə İmişli, Şabran və Zaqatalanın Mosul kəndində fəaliyyətə başlayacaq.
Qeyd edək ki, 2022-ci ildən etibarən Bakı və regionlardakı 115 idman zalına federasiya tərəfindən 9500 ədədə qədər tatami verilib və 1900 gənc idmançıya pulsuz məşq etmək imkanı yaradılıb.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı