Qazaxıstan boks üzrə Dünya Kubokuna ev sahibliyi edəcək
23 yanvar 2025 1194
Beynəlxalq Boks Assosiasiyası (IBA) 2025-ci il üçün rəsmi yarış təqvimini açıqlayıb.
Qurumun rəsmi saytına istinadən, təqvimə əsasən, yarışın ikinci mərhələsinə Qazaxıstan ev sahibliyi edəcək. Turnir iyunun 30-dan iyulun 7-dək keçiriləcək.
Boks üzrə Dünya Kuboku ən yaxşı kişi və qadın idmançıların reytinq xalları uğrunda mübarizə apardığı bir neçə raunddan ibarət turnirlər seriyasıdır.
Yarışın ilk mərhələsi martın 30-dan aprelin 7-dək Braziliyada, üçüncü mərhələsi sentyabrın 4-14-də Böyük Britaniyada, finalı isə noyabr ayında Hindistanın Yeni Dehli şəhərində təşkil olunacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı