Qazaxıstanlı boksçu Dünya Boksunun yeni prezidenti seçilib
23 noyabr 2025 - 23:41 562
Məşhur qazaxıstanlı boksçu Gennadi Qolovkin Dünya Boksunun prezidenti seçilib.
Xarici KİV-ə istinadən, o, bu vəzifəyə seçilən ilk qazaxıstanlı kimi tarixə düşüb.
Məlumata görə, İtaliyanın paytaxtı Romada keçirilən seçkidə 58 federasiyanın nümayəndələri iştirak edib və Qolovkin yekdilliklə səs toplayıb.
Bildirilib ki, onun prezidentlik müddəti 3 il olacaq.
Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qolovkini bu münasibətlə təbrik edib.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı