Qəbələdə Ulu Öndərin idman ictimaiyyəti ilə tarixi görüşünün 30-cu ildönümünə həsr olunmuş film nümayiş etdirilib
05 mart 2025 540
Bu gün Ümummilli Lider Heydər Əliyevin Azərbaycan idman ictimaiyyəti ilə tarixi görüşünün 30-cu ildönümü tamam olur.
Bu münasibətlə gənclər və idman naziri Fərid Qayıbov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və digər rəsmi şəxslər 2025-ci ilin "İdman paytaxtı" Qəbələdə Heydər Əliyevin xatirəsini yad ediblər. Onlar böyük siyasi xadim, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusunun abidəsi önünə gül dəstələri qoyublar.
Daha sonra Mədəniyyət Mərkəzində Gənclər və İdman Nazirliyinin Heydər Əliyevin Azərbaycan idman ictimaiyyəti ilə tarixi görüşünün 30-cu ildönümünə həsr olunmuş "Dönüş Anı" adlı sənədli filmi nümayiş etdirilib. Ekran işində Ümummilli Liderin ölkə idmanına olan qayğısından bəhs olunub. Filmdə yer alan veteran idmançılar Ulu Öndərin onlara hər zaman qayğı və dəstək göstərdiyini bildiriblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən, hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı