Qılıncoynadanımız Estoniyada mükafatçılar sırasında yer aldı
27 yanvar 2025 723
Qılıncoynatmanın şpaqa növü üzrə Azərbaycan millisinin üzvü Vahab Fətullayev Estoniyanın Tartu şəhərində keçirilən beynəlxalq "Baltic Cup" turnirində bürünc medal qazanıb
Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 20 yaşadək idmançıların şəxsi yarışında mübarizəyə 1/16 finaldan başlayan qılıncoynadanımız bu mərhələdə latviyalı həmkarı Aleksejs Malinovskisi 15:12 hesabı ilə məğlub edib.
Onun 1/8 finalda da rəqibi Latviya şpaqaçısı olub. V.Fətullayev bu dəfə Nikita Aniskodan üstün olub - 15:6.
Azərbaycan təmsilçisi yarımfinala yüksəlmək uğrunda keçirilən qarşılaşmada eston Nikita Doronini 15:14 hesabı ilə üstələyib. Bürünc medalı təmin edən Vahab Fətullayev finalın bir addımlığında Estoniya şpaqaçısı Marek Puhma 13:14 hesabı ilə uduzub.
Bənzər xəbərlər
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı
Azərbaycan gimnastları beynəlxalq turniri 12 medalla başa vurublar
Portuqaliyanın Santarem şəhərində batut gimnastikası və tamblinq üzrə ənənəvi SCALABISCUP ... Ətraflı