Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə start verilib
21 dekabr 2025 - 12:10 488
Yeniyetmə və gənclər arasında qılıncoynatma üzrə Azərbaycan birinciliyinə start verilib.
Azərbaycan Qılıncoynatma Federasiyasından bildirilib ki, Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zallarında keçirilən yarışın ilk günündə yeniyetmə qız və oğlanlar arasında qılıncoynatmanın sablya və şpaqa növləri üzrə qaliblər müəyyənləşib.
Sablya.
Oğlanlar:
1.Abbas Hüseynov
2.Nəcəf Şabanlı
3.İmran Qarayev, Səid Sultanlı.
Qızlar:
1.Ayan Ağasıyeva
2.İrina Lobas
3.Züleyxa Sultanlı, Cahan Sadıxova.
Şpaqa.
Oğlanlar:
1.Mirxətai Məmmədov
2.Oruc Misirzadə
3.Abbas Səmədli, Osman Məmmədov.
Qızlar:
1.Mirnuray Abasova
2.Jasmin Əliyeva
3.Esnad Mirzəyeva, Aydan Atakişiyeva.
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Qılıncoynatma Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışın qalib və mükafatçıları diplom və medallarla təltif olunublar.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı