Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
30 sentyabr 2026 - 11:10 21
“Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş” iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının sentyabrın 27-də Almatıda keçirilən iclasında Qırğızıstanın IV MDB Oyunlarına ev sahibliyi etməsi rəsmi olaraq təsdiqlənib.
Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan, Türkmənistan və MDB İcraiyyə Komitəsindən rəsmi nümayəndə heyətləri və səlahiyyətli nümayəndələr əsas idman görüşündə iştirak edərək beynəlxalq idman əməkdaşlığını daha da gücləndirmək üçün səylərini birləşdiriblər.
İclas iştirakçıları Qırğızıstanın da Şuraya sədrlik edəcəyi 2027-ci il üçün Bişkekə “Birliyin idman paytaxtı” fəxri statusunun verilməsi təşəbbüsünü yekdilliklə dəstəkləyiblər.
Xatırladaq ki, genişmiqyaslı Oyunlar estafeti 2025-ci ildə Azərbaycanın III MDB Oyunlarına uğurla ev sahibliyi etməsindən sonra yürüşünü davam etdirir. Qarşıdan gələn yarışın Qırğızıstanda keçirilməsi kütləvi idmanın təşviqi və Birlik ölkələrində gənclər arasında dostluğun və qarşılıqlı anlaşmanın gücləndirilməsində yeni mühüm addım olacaq.
Bənzər xəbərlər
"Mingəçevir Reqatası-2026": Azərbaycan təmsilçiləri daha üç medal qazanıblar
Azərbaycan təmsilçiləri "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin ikinci günündə daha 3 ... Ətraflı
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
Bakıda keçiriləcək üzgüçülük üzrə Dünya Kubokunda iştirak edəcək idmançı sayı ... Ətraflı